Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev: İkili standartlar UNESCO-nun ədalətinə kölgə salır

Vaqif Abdullayev: İkili standartlar UNESCO-nun ədalətinə kölgə salır


Azərbaycan dövləti müstəqilliyin ilk illərindən UNESCO ilə əməkdaşlığa mühüm yer verib. Ulu öndər Heydər Əliyevin bu təşkilatın rəhbər heyəti ilə səmərəli görüşləri, bunun ardınca 1994-cü ildə Azərbaycanın UNESCO nəzdində Milli Komissiyasının təsis edilməsi ikitərəli münasibətlərin yaranmasında və faydalı olmasında mühüm rol oynamışdır. Prezident İlham Əliyev UNESCO ilə ölkəmiz arasında münasibətləri daha da inkişaf etdirmiş, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti nəticəsində isə UNESCO-Azərbaycan əlaqələri yeni mərhələsinə qədəm qoymuşdur.

Ötən illər ərzində biz həmişə bu təşkilatın Azərbaycana qarşı obyektiv və ədalətli münasibətinin şahidi olmuşuq. UNESCO-nun keşmiş rəhbəri Koişiro Matsuuranın Azərbaycanla yaxşı münasibətləri, Azərbaycan mədəniyyəti və incəsənətinə sonsuz heyranlığı unudulmamalıdır. Cənab Matsuuranın, eləcə də UNESCO-nun digər mötəbər şəxslərinin Mehriban xanım Əliyevanın birgə təşəbbüsü ilə Bakıda təşkil edilmiş beynəlxaql tədbirlərdə iştirak etməsi, həmçinin, UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlərin keçirilməsi münasibətlərin yüksək göstəricisi hesab edilə bilər.

Təəssüf ki, son illərdə dünyada siyasi münasibətlərdə ayrı-seçkiliyin və ikili standartlığın dərinləşməsi UNESCO-nun da fəaliyyətinə sirayət edib. UNESCO sanki vaxtilə ATƏT-in Minsk qrupu davrandığı kimi davranır, vaxt udmaq naminə oxşar mövqe sərgiləyir. Mənsubiyyətindən asılı olmayaraq bütün dini, mədəni abidələrə eyni diqqəti göstərməli olduğu halda UNESCO bu gün kimlərinsə maraqlarına uyğun olaraq açıq-aşkar dini zəmində ayrı-seçkilik edilir. Halbuki UNESCO hökumətlərarası təşkilatdır və öz fəaliyyətini mandatına uyğun olaraq obyektiv, qərəzsiz həyata keçirməlidir.

Cənab Prezident İlham Əliyevin dəfələrlə müraciətinə baxmayaraq, UNESCO-nin missiyası Azərbaycanın işğaldan azad edilmiş ərazilərində darmadağın edilmiş mədəni-tarixi irslə tanış olmaq istəmir. 2022-ci il fevralın 4-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Prezident İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun Azərbaycan və Ermənistana missiya göndərməsinə dair razılıq əldə edilsə də, bu təşkilatın missiyası neçə aydır vaxt uzadır.

Sual olunur, işğaldan azad edilmiş ərazilərdə dini və mədəniyyət abidələrinin monitorinqini aparmaq bu qədərmi çətindir?
Qətiyyən. Ancaq burada başqa məqamlar var, Çünki UNESCO-nun missiyası azad edilmiş ərazilərə səfər edərkən erməni vandalizminin əl izləri olan ağlasığmaz vəhşiliklərin şahidi olacaq. Bax buna görə də, UNESCO azad edilmiş ərazilərə sərf etməyi yubadır.

Ancaq işğaldan azad edilmiş ərazilərdəki xristian abidələrinin taleyi UNESCO-nu nədənsə çox narahat edir, Azərbaycan hökumətini erməni “mədəni irsinə” qarşı nəzakətli davranmağa çağırır. Azərbaycanın mədəni irsinin dağıdılması UNESCO-nu maraqlandırmır, ancaq ermənilərin böhtançı iddialarına dərhal reaksiya verirlər.

Azərbaycan dünya miqyasında tolerant, multikultural örnəyi olan dövlətdir, bütün xalqların mədəniyyətinə, tarixinə, dini abidələrinə, o cümlədən də ermənilərə məxsus mədəni abidələrə eyni hörmətlə yanaşaraq onları mühafizə edir. Buna UNESCO da şahiddir. Bəs belə olan halda bizə qarşı niyə ayrı-seçkilik olmaldır?

Azərbaycan UNESCO ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyi kimi bu gün də konstruktiv dialoqa açıqdır, Cənab Prezident İlham Əliyev və UNESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyeva da bu təşkilatdan məhz eyni və bərabər münasibəti, ədalətli və vicdanlı yanaşmanı gözləyir.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş