Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şirvanda çörək sexindən oğurluq edən şəxs saxlanılıb

Şirvanda çörək sexindən oğurluq edən şəxs saxlanılıb


DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində yerləşən və fəaliyyəti dayandırılan çörək bişirmə sexlərinin birindən oğurluq edilməsi və müəssisəyə 13370 manat maddi ziyan vurulması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Xaləddin Əliyev saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mehman
Xəbəri paylaş