Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik tərkibli maddələrin qanunsuz dövriyyəsində və bitkilərin kultivasiyasında şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Əhmədli tutulub.
Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülüb.
Yevlax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən rayon sakini Pərviz Quliyev də saxlanılıb. Onun Aşağı Salamabad kəndində yerləşən əkin sahəsinə baxış keçirilən zaman aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb.
Onlar şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib və faktlarla bağlı araşdırmalar davam etdirilir.