Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili üçün 125 tibb işçisi təhkim olunub

Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində tibbi xidmətlərin təşkili üçün 125 tibb işçisi təhkim olunub


TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları Bakı şəhərində təşkil olunan 2022 Formula 1 Azərbaycan Qran Prisi yarışlarında Bulvar və İçərişəhər ərazisində yaradılmış 4 səyyar həkim məntəqəsində 15 tibb işçisi 08.00-dan 24.00-a qədər növbəli xidmət göstərir.

Newscenter.az TƏBİB-ə istinadən xəbər verir ki, idman yarışları zamanı yarışları izləyən tamaşaçılar üçün 8, idman yarışlarının keçirildiyi hərəkət zolağı istiqamətində 12, Atletlər kəndində 2 və yarış zonasında məskunlaşan sakinlərin istifadə etdiyi ərazi üzrə isə 2 Təcili Təxirəsalınmaz Tibbi Yardım avtomobili (hər ambulansda 3 həkim və digər tibb işçilərindən ibarət briqada olmaqla ümumilikdə 110 tibb işçisi) təhkim olunub.

Eyni zamanda Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin balansında olan və müvəqqəti fəaliyyət göstərən “TMC” klinikası tibbi avadanlıqlarla və dərman ləvazimatları ilə tam təchiz edilib.

Yarış müddətində (10-12 iyun) Mərkəzi Nefçilər Xəstəxanasında tibbi xidmət Beynəlxalq Avtomobil Federasiyanın tələblərinə və dünya standartlarına uyğun təşkil edilib.

Qeyd edək ki, Formula 1 yarışları Bakı şəhərində 6-ci dəfədir keçirilir. Yarışların yerli təşkilatçısı isə Bakı Şəhər Halqası Əməliyyat Şirkətidir.

Sevinc
Xəbəri paylaş