Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yığmanın üzvləri Tbilisidə qəzaya düşüb

Yığmanın üzvləri Tbilisidə qəzaya düşüb


Bolqarıstanın futbol yığmasının üzvləri Tbilisidə qəzaya düşüb.

Newscenter.az-ın məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, hadisə futbolçuların hava limanından iki avtobusla mehmanxanaya çatdırılması zamanı baş verib.

Bir avtobusun digəri ilə toqquşması nəticəsində komandanın üzvü Todor Nedelev xəsarətlər alıb və xəstəxanaya çatdırılıb. Yığmanın digər üzvləri arasında yaralanan olmayıb.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, Millətlər Liqası çərçivəsində iyunun 12-də Tbilisidə “Dinamo Arena” stadionunda Gürcüstan-Bolqarıstan matçı keçiriləcək.
Xəbəri paylaş