Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti 10-12 iyun tarixlərində Çex Respublikasının Praqa şəhərində keçirilən Asiya-Avropa Siyasi Forumunun (AEPF) 4-cü iclasında iştirak edib.
Newscenter.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində mən də var idim və Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (İCAPP) və Avropa Parlamentinin Avropa Mühafizəkarlar və İslahatçılar (ECR) Qrupu tərəfindən təşkil olunan AEPF-nin iclası çərçivəsində keçirilən Beyin Mərkəzləri Sammitində çıxış edərək Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyəti, nəşrləri, beynəlxalq əməkdaşlığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verdim.
Qeyd etdim ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı əsasında 2019-cu ildə yaradılan Mərkəz Azərbaycanda həyata keçirilən islahatların tərkib hissəsi olmaqla dövlət idarəçiliyində analitik yanaşmanın və beyin mərkəzlərinin rolunun artmasına xidmət edir. Çıxışım zamanı STM-in üç illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə də toxundum və tədbirdə iştirak edən Asiya və Avropanın müxtəlif Beyin mərkəzlərinin nümayəndələrini STM ilə əməkdaşlığa dəvət etdim.
Mehman