Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA-nin tətbiq etdiyi cərimələr qanunidirmi?

BNA-nin tətbiq etdiyi cərimələr qanunidirmi?


Son vaxtlar Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhəri ərazisində, parklanma, habelə dayanma və durma qaydalarının pozulmasına görə qanunsuz tərtib edilən elektron protokolların və tətbiq edilən cərimələrdən şikayətlər artmaqdadır. Şikayətlərlə bağlı müəyyən araşdırma o qənaəti ortaya çıxarır ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məzmunda və mahiyyətdə elektron protokolların tərtibi və cərimələrin tətbiqi hazırda qüvvədə olan inzibati qanunvericiliyə ziddir.

Əvvəla qeyd edim ki, Azərbaycan Respublikası Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Dövlət Yol Polisinin (DYP) bir sıra səlahiyyətləri Bakı Nəqliyyat Agentliyinə (BNA) verilib. Fərmanla Bakı şəhərinin inzibati ərazisində, parklanma yerlərində, habelə dayanma və durmanın qadağan edildiyi yerlərdə inzibati xəta törədilməsinə görə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması BNA-ya həvalə edilib. Sözü gedən Fərman qanuni qüvvəyə mindiyindən Fərmanın icrası üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə (İXM) müvafiq dəyişikliklərin edilməsinin zərurətə çevrilib. Ancaq ki, İXM-nə hələ də müvafiq dəyişikliklər edilməyib.

İnzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydası İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsi ilə müəyyən edilib. Həmin maddənin (İXM) tələbində əvvəla belə bir səlahiyyətin Bakı Nəqliyyat Agentliyinə aid olmadığı ilə yanaşı İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsində elektron qaydada qeydə alınan xətaların siyahısında dayanma-durma və parkinqə görə elektron protokol tərtib edilməsi nəzərdə tutulmayıb.

Ancaq, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev açıqlamasında bildirib ki, “BNA tərəfindən İXM-nin 346.1-ci və 346.2-ci maddələrində göstərilən inzibati xətalar haqqında işlər üzrə icraat İXM-nin 122-ci maddəsi əsasında deyil, məhz 124.5 və 124.6-cı maddələri üzrə aparılır.”

Sözüz ki, hazırda qüvvədə olan qanunvericiliyə görə Bakı Nəqliyyat Agentliyinin parklanma, habelə dayanma və durma qaydalarının pozulmasına görə tərtib etdiyi elektron protokollar qanunsuzdur və BNA-nin verdiyi açıqlamaya görə göstərdiyi əsalar hüquqdan sui istifadədir və hətta səlahiyyətini aşmaqdır. Ona görə də BNA-nin hansı maddəni, normativ aktları əsas gətirməsindən asılı olmayaraq onun, yəni BNA-nin parklanma, habelə dayanma və durma qaydalarının pozulmasına görə elektron protokolların tərtib etməyə, cərimələr kəsməyə hüquq və saəlahiyyəti yoxdur. Odur ki, həmin protokollar qanunsuzdur və Məhkəmə qaydasında ləğv edilə bilər.

Bəzi hallarda BNA-nin əməkdaşları Respublikası Prezident İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanını əsas gətirərək qanunsuz əməllərini gizlətməyə çalışır. Qeyd etdiyim kimi, həmin Fərmanın icrası üçün mütləq İXM-də dəyişilklər edilməlidir və bundan sonra onun icra mexanizmi və tətbiqi qaydası qanuni formasını almış olar. Digər tərəfdən Qanunların irarxiyasına görə İXM-nin hüquqi gücü Fərmanın hüquqi gücündən daha üstündür, yəni bu halda da BNA İXM-nin tələblərinə əməl etməlidir.

Vüqar Dadaşov
Hüquqşünas
Xəbəri paylaş