Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycanın xilaskarıdır

Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycanın xilaskarıdır


Azərbaycan Heydər Əliyev kimi dövlət dahisini yetirən torpaq, təməl mənəviyyat, enerji mənbəyi, Heydər Əliyevi isə bu torpağı Vətənə, mənəvi-siyasi tama çevirən Şəxsiyyətdir.

Heydər Əliyev şəxsiyyəti ilə Azərbaycanın müstəqilliyi arasın­da ona görə birbaşa əlaqə var ki, Azərbaycan da, onun Qurucusu da azadlıqsevərdir, milli və ümumbəşəri dəyərlərin harmoniyasını yaratma­ğın güclü potensiyasına və iradəsinə malikdir. Azərbaycanı bir milli dövlət olaraq məhvə doğru aparan bu təhlükəli siyasətə qarşı durmaq, onu neytrallaşdırmaq nə qədər çətin olsa da, Heydər Əliyev buna tarixi şəraitin verdiyi maksimum imkan daxilində çalışırdı.

Heydər Əliyevin sovet dövründə ali məqsəd və məramı Azərbaycanı təkcə müttəfiq respublika kimi möhkəmlətmək deyildi. O, həm də, sanki, gələcəyi öncədən görərək və sonrakı hadisələrin gedişi­ni modelləşdirərək, Azərbaycan dövlətçiliyinin müstəqil mövcudluq şəraitində fəaliyyət göstərməsi üçün ilkin zəmin yaradırdı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın Qarabağ zəfərindən sonrakı inkişafının da büsbütün yeni strategiyasının yaradıcısı kimi, həm də ulu öndərimiz Heydər Əliyevdən sonra ilk dəfə olaraq, həmin ideoloji sütunu möhkəmlədərək, ümummilli enerjini bu inkişafın baş məqsədlərinə yönəldə və idarə edə bilir. Bu gün biz tam qətiyyətlə deyə bilərik ki, Azərbaycanda siyasi proseslərin idarə olunma­sının İlham Əliyev yolu var. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.

Tərtər rayon Rəhman Almuradov adına Ələsgərli kənd tam orta məktəbin direktor müavini , YAP fəalı - Xəyalə Mustafayeva
Xəbəri paylaş