Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin qayıdışı ilə Azərbaycan parçalanıb yox olmaq təhlükəsindən qurtuldu

Heydər Əliyevin qayıdışı ilə Azərbaycan parçalanıb yox olmaq təhlükəsindən qurtuldu


15 iyun - Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər tarixi, müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qalan bir ölkənin və xalqın qurtuluş günüdür!

1993-cü ilin iyun ayında o vaxtkı iqtidarın səriştəsizliyinin nəticəsi olaraq ölkədə baş alıb gedən hərc-mərclik, özbaşınalıq, xaos bütün respublikanı bürümüş, dövlət müstəqilliyimiz təhlükə altına alınmışdı. Azərbaycanın ictimai-siyasi vəziyyəti son dərəcə gərgin idi. Ən çox narahatlıq keçirən ziyalıları ölkənin taleyinin necə olacağı düşündürür, necə olursa-olsun vəziyyətdən çıxış yolu axtarırdılar.

Faciəyə doğru gedən Azərbaycanın qurtuluşunu Heydər Əliyevdə görən ziyalılar, Ulu Öndərin hakimiyyətə qayıtmasını xahiş etdilər. Və həmin dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri olan Heydər Əliyev məhz xalqın, ziyalıların və hakim dairələrin təkidli dəvəti ilə hakimiyyətə qayıtdı və 15 iyun tarixində Azərbaycanın Ali Sovetinin sədri seçildi. Ümummilli Lider Heydər Əliyevin qayıdışı ilə ölkədaxili hakimiyyət çəkişmələrinə də birdəfəlik son qoyuldu və Azərbaycan parçalanıb yox olmaq təhlükəsindən qurtuldu.

Bu qayıdış xalqın nicatı, Azərbaycan adlı məmləkətin qurtuluşu, müstəqilliyimizin xilası oldu!

Ulu Öndər Heydər Əliyevin başa çatdıra bilmədiyi ən böyük arzusu isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən reallaşdı. Müzəffər Ali Baş Komandanın gərgin əməyi, müdrik xarici və daxili siyasəti nəticəsində Qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı, Qarabağımızı erməni işğalından azad edərək ölkənin suverenliyini bərpa etdi. Və Azərbaycan tarixinə qızıl hərflərlə növbəti bir Zəfər tarixi - 8 Noyabr Zəfər Günü əbədi olaraq həkk olundu!

Yolun işıqlı, müstəqilliyin əbədi olsun Azərbaycan!

Jalə Əhmədova
Millət vəkili
Xəbəri paylaş