Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müxtəlif peşə hazırlıqlarına start verilib

Müxtəlif peşə hazırlıqlarına start verilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində "Alternativ enerji qurğu və avadanlıqlarının istismarı" üzrə peşə hazırlığına start verilib.

Newscenter.az Agentliyə istinadən xəbər verir ki, HVAC Solution MMC ilə əməkdaşlıq çərçivəsində baş tutan təlimlərdə müdavimlərə günəş enerjisi texnologiyalarının problemsiz istifadəsi üçün fotovoltaik sistemlərin planlaşdırılması və quraşdırılmasına dair tələb olunan bilik və bacarıqlar aşılanacaq.

Tədris planı, günəş enerjisindən elektrik enerjisinin alınması sisteminin qurulması, planlama mərhələsində qabaqlayıcı tədbirlərin və baş verə biləcək səhvlər üçün preventiv tədbirlərin görülməsini əhatə edir.

Peşə hazırlığı dövründə müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək, buraxılış imtahanını müvəffəqiyyətlə verən məzunlar rəsmi dövlət sertifikatı alıb işlə təmin olunacaq.

XXX

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi “4MAPS Academy” ilə birgə əməkdaşlıq çərçivəsində müasir əmək bazarının tələblərini nəzərə alaraq informasiya sistemləri istiqaməti üzrə peşə hazırlığı kurslarının təşkilinə də başlayır.

İnformasiya sistemləri üzrə peşə hazırlığına cəlb olunacaq şəxslərə kurs müddəti ərzində Türkiyənin peşəkar müəllim-pedaqoji heyəti tərəfindən Coğrafiya informasiya sistemlərinin (GİS) əsas tətbiqləri, 3D xəritəçəkmə, şəhərsalmada GİS və s. haqqında ətraflı məlumat veriləcək.

3 aylıq kurs müddətində dərslər onlayn formada həftədə 3 dəfə, 2 saat olmaqla bütün mövzuları əhatə edəcək şəkildə tədris olunacaq. Kurs müddəti ərzində tədris türk dilində olacaq.

Peşə hazırlığı dövründə işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək, kursu müvəffəqiyyətlə bitirən şəxslərin ”4MAPS Bilgi Teknolojileri” MMC-də məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Qeyd edilən istiqamət üzrə peşə hazırlığına cəlb olunmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə Regional Məşğulluq filiallarına və ya “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər.

Sevinc
Xəbəri paylaş