"Son 20 gün ərzində regionlara səfərlərimiz çərçivəsində paralel olaraq "QHT ziyarətləri" layihəsini də davam etdirdik".
Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev region QHT-ləri ilə keçirilən görüşün nəticələrinə dair sosial şəbəkə hesabında qeyd edib.
Vüsal Quliyev bildirib ki, getdiyimiz şəhər və rayonlarda əksər qeyri-hökumət təşkilatları ilə görüşlər keçirdik, ofislərinə baş çəkdik:
"Onların işçi heyəti və aparıcı üzvləri ilə görüşərək, həyata keçirdikləri layihə və proqramları yerində nəzərdən keçirdik, habelə onları qayğılandıran məsələləri və vətəndaş cəmiyyətinin gələcək inkişaf prespektivlərini müzakirə etdik. Bəzi görüşlərdə yerli icra hakimiyyəti başçıları da QHT-lərin qonağı oldu".
Vüsal Quliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu layihəsi paytaxt və regionlardakı bütün QHT-ləri əhatə edəcək.
Mehman