Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"PARTNERS AND BUSİNESS - BAKU 2022" yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək

"PARTNERS AND BUSİNESS - BAKU 2022" yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilati dəstəyi ilə 16-18 iyun 2022-ci il tarixində Baku Crystal Hall-da "PARTNERS AND BUSİNESS - BAKU 2022" yerli şirkətlərin tanıtım sərgisi keçiriləcək.

Newscenter.az Dövlət Məşğulluq Agentliyinə istinadən xəbər verir ki, sərgidə 20-yə yaxın şirkət 120-dən artıq vakansiya ilə iştirak edəcək.

Vakansiyalara müraciət etmək istəyən işsiz və işaxtaranlar sərgidə iştirak edə bilərlər. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar və iş öhdəlikləri haqqında daha ətraflı məlumat sərgidə iştirak edən şəxslərə təqdim olunacaq. Sərgidə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.

Qeydiyyat linki: https://ebilet.store/event_a/

Sevinc
Xəbəri paylaş