Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən tədris ilində 112 şagird inklüziv təhsilə cəlb edilib

Ötən tədris ilində 112 şagird inklüziv təhsilə cəlb edilib


2021-2022-ci tədris ilində Bakı şəhəri üzrə 5 ümumi təhsil müəssisəsində 112 şagird inklüziv təhsilə cəlb edilib.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

İdarədən o da bildirilib ki, başa çatmış tədris ilində həmçinin Bakı şəhəri üzrə 178 məktəbdə 489 şagird fərdi təhsilə cəlb edilib.

Qeyd edək ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi qaydada təhsil almalarına şərait yaradır.

R.Mehdiyeva
Xəbəri paylaş