Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Quba ölkəmizin ən böyük mevyəçilik rayonlarından biridir. Ötən il rayonda məhsulverən 14 min hektar meyvə bağından 110 min ton meyvə yığılıb. Bu isə əvvəlki illərlə müqayisədə 10-15 faiz artım deməkdir. Məhsuldarlığın artması ilk növbədə suvarma suyundan asılıdır. Heç kəsə sirr deyil ki, keyfiyyətli və bol məhsul əldə etmək üçün suvarma suyu ən vacib şərtlərdəndir. Cari ildə təsərrüfat sahiblərini fasiləsiz suvarma suyu ilə təmin etmək məqsədi ilə Quba Suvarma Sistemləri İdarəsi tərəfindən lazimi tədbirlər görülüb. Belə ki, rayon əazisində suvarılan 26 min 33 hektar sahənin suvarılmasını təmin edən torpaq kanallar lil və kol-kosdan təmizlənib eləcə də hidrotexniki qurğular cari təmir edilib.
Mövsüm ərzində hər hansı çətinliyin yaranmaması üçün Quba Suvarma Sistemləri idarəsi tərəfindən sahilbərkitmə işləri də aparılıb. Bu da öz növbəsində suvarma suyundan səmərəli şəkildə istifadə etməyə imkan verir. Həçminin Qudyalçay və Qusarçayın rayon ərazisindən keçən hissəsində bəndvurma işlərinə başlanılıb.
Quba Sistemləri İdarəsindən verilən məlumata görə, son illər iqlim dəyişikliyi ilə əlaqədar şimal bölgəsindəki çaylarda suyun həcminin azalması müşahidə edilir. Bu da öz növbəsində yay aylarında suvarma suyuna olan təlabatı ödəməkdə müəyyən çətinliklər yaradır. Lakin tezliklə respublika ərazisində tikiləcək 10 su anbarının 3-ü Qubada inşa olunacaq. Bununlada yaşanan çətinlik tamailə aradan qalxacaq. Belə ki, qış aylarında anbara toplanan sudan yaz və yay aylarında suvarma məqsədi ilə istifadə ediləcək.
Sevinc