Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Masallı, Cəlilabad, Yardımlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.
Newscenter.az-a Dövlət Komitəsindən bildirilib ki, qəbuldan öncə Komitə sədri Mübariz Qurbanlı və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Yardımlı rayon Heydər Əliyev Mərkəzində baş tutan qəbul zamanı Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətlər cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.
Mehman