Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bolonya Universitetinin nümayəndə heyətinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycana səfəri yekunlaşıb

Bolonya Universitetinin nümayəndə heyətinin İtaliya-Azərbaycan Universiteti çərçivəsində Azərbaycana səfəri yekunlaşıb


Bolonya Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Raffaella Kampaner və Beynəlxalq əlaqələr departamentinin direktoru Covanna Filippinin rəhbərliyi ilə Universitetin Kənd təssərrüfatı və qida elmi fakültəsinin dörd mütəxəssisi 14-18 iyun tarixlərində Azərbaycanda səfərdə olmuşdur. Səfərin məqsədi ADA Universitetinin bazasında fəaliyyət göstərəcək İtaliya-Azərbaycan Universitetində Kənd təssərrüfatı və Qida elmi fakültəsini təsis etmək üçün ilkin araşdırman.ın aparılması idi.

Newscenter.az xəbər verir ki, nümayəndə heyəti ölkənin kənd təsərüfatı üzrə strateji inkişaf planında nəzərdə tutulan sahələrə uyğun akademik proqramların müəyyən olunması üçün müxtəlif bölgələrə araşdırma səfərləri həyata keçirmişdir. Səfərlər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə təşkil edilmişdir. Təsis edilən akademik proqramların sözügedən sahənin inkişafına töhvə verməsi üçün Kənd təssərrüfatı və Təhsil nazirlikləri ilə sıx məşvərət aparılmış, əhəmiyyət kəsb edən mövzular müzakirə edilmişdir. Eyni zamanda, həmin akademik proqramların yerli əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün bəhs edilən sahə üzrə fəaliyyət göstərən şirkətlərlə də ətraflı müzakirələr aparmışdır.

İtaliya-Azərbaycan Universitetinin təsis edilməsi hər iki dövlət üçün strateji maraq kəsb etdiyindən səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilmişdir. Belə ki, ADA Universitetində Rektor Hafiz Paşayevlə görüşlə yanaşı, nümayəndə heyəti Kənd Təssərrüfatı naziri İnam Kərimov, Təhsil naziri Emin Əmrullayev və İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri ilə aidiyyəti mövzu üzrə müzakirələr aparıb.

İtaliya-Azərbaycan Universiteti üzrə İşçi Qrupunun rəhbəri Qalib Məmməd bildirib ki, yüksək ixtisaslı kadrların yetişdirilməsi İtaliya-Azərbaycan Universitetinin əsas fəaliyyət istiqamətlərindən biridir. Bu məqsədlə, heyvandarlıq, bitkiçilik, qida elmi və texnologiyası kimi strateji sahələr üzrə akademik proqramlar təsis olunacaqdır. Sözügedən proqramlar Bolonya Universiteti ilə birgə tədris olunacaqdır.

Bolonya Universitetinin nümayəndə heyəti bildirmişdir ki, bu əməkdaşlığın məqsədi yalnız fakültə və akademik proqramlar yaratmaq yox, eyni zamanda qida sisteminə yeni baxış formalaşdırmaqdır. Qida sisteminin araşdırılması və tədrisi üzrə İtaliya, xüsusən Bolonya Universiteti müstəsna peşəkarlıq və təcrübəyə malikdir.

Qeyd edək ki, Bolonya Universitetini təmsil edən nümayəndə heyətinin ölkəmizə səfəri yekunlaşıb. Hazırda Memarlıq və Dizayn fakültəsinin təsis edilməsi üçün Milan Politexnik Universitetinin komandasının ilkin araşdırma məqsədilə ölkəmizə səfəri başlayıb.

Xatırladaq ki, İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə Luiss Universiteti, Bolonya Universiteti, Milan Politexnik, Turin Politexnik və Romanın Sapienza Universitetləri daxil olmaqla, İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi cəlb olunub. Bu ilin aprel ayında Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov, Energetika naziri Pərviz Şahbazov və Təhsil naziri Emin Əmrullayev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Maionun iştirakı ilə İtaliya-Azərbaycan Universitetinin təməl qoyma mərasimi keçirilmişdir.

Sevinc
Xəbəri paylaş