Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi piyadalar özünü bilərəkdən avtomobilin qabağına atır

Bəzi piyadalar özünü bilərəkdən avtomobilin qabağına atır


Piyadavurma hadisələri tez-tez yaşanır. Bunu mətbuatdakı qəza hadisələri ilə bağlı gündəlik xronika da təsdiqləyir. Bəzi piyadalar özünü bilərəkdən avtomobilin qabağına atır. Son illər baş verən yol qəzalarının əksəriyyətində piyadaların özləri günahkardır. Lakin məsuliyyətsiz piyadanın ucbatından cəzalanan yenə də sürücü olur. Bəzən piyadalar piyada keçidi olmayan yerlərdən keçirlər, hətta yollarda olan dəmir sədləri belə atlanaraq keçirlər. Belə piyadalar yol qəzalarının yaranmasına səbəb olurlar. Rusiyada piyada vurulması hadisələrinin 60%-də sürücülər günahkardır. Azərbaycanda isə bu göstərici 97%-ə çatır. Həmin sürücülərin çoxu piyadaların ucbatından cəzaçəkmə müəssisələrindədir. Piyadaların səhvinə görə baş verən yol-nəqliyyat hadisələri ictimailəşdirilməlidir.

Piyadalarla bağlı inzibati xətalar məcəlləsində 4 cərimə növü var. Bu cərimələrdən biri işıqforun qadağanedici işığında hərəkət etməyə görə, digəri keçiddən istifadə etməməyə görə, üçüncüsü yaxınlaşmaqda olan nəqliyyat vasitsinin qarşısına qəfildən çıxmağa görə, dördüncüsü isə yaxınlaşmaqda olan operativ nəqliyyat vasitələrinə yol verməməyə görədir. Bu hallara görə piyadaları 20 manat cərimə nəzərdə tutulub. Qanuna edilən yeni dəyişikliyə əsasən, piyadalar 80 km/saat və daha çox sürət həddi tətbiq olunan yollarda qaydaları pozsalar, 40 manat məbləğində cərimə olunurlar. Bəzi piyadalar dəfələrlə cərimələnir. Çox hallarda cərimələnən piyada məsuliyyətsiz yanaşır. Halbuki məsuliyyətsizlik onlar üçün bir sıra problemlər yaradır. Piyada nə vaxtsa sürücülük vəsiqəsi almaq istəsə, cərimələri ödəmək məcburiyyətində qalır. Eyni zamanda, şəxsiyyət vəsiqəsini dəyişərkən borcunun ödənilməsi tələb olunur. Bu, qanunun tələbidir. Piyadalara qarşı ictimai qınaq tətbiq olunmalıdır. Bu vaxta qədər ictimai qınaq sürücülərə qarşı həyata keçirilirdi. Bu təşəbbüs effektiv təsir vermişdi. Ona görə də həmin təşəbbüs piyadalara qarşı da aparılmalıdır. Bu gün piyadaların vurulması məsələsi çox ciddi problemdir.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş