Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tədris ilində 517 nəfər eksternat imtahanlarında uğur qazanıb

Tədris ilində 517 nəfər eksternat imtahanlarında uğur qazanıb


2021-2022-ci tədris ilində ümumi təhsilin hər hansı səviyyəsini vaхtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçirilib. 1 (bir) şagird ibtidai təhsil səviyyəsi üzrə eksternat imtahanlarında müvəffəqiyyət qazanıb.

Newscenter.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahanlara hər iki səviyyə üzrə ümumilikdə 719 nəfər qatılıb. Onlardan 517 nəfəri uğur qazanıb.

Eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 140 nəfər, tam orta təhsil səviyyəsi üzrə 377 nəfər uğur qazanıb.

R.Mehdiyeva
Xəbəri paylaş