Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“SPACE”-ə ciddi xəbərdarlıq olundu

“SPACE”-ə ciddi xəbərdarlıq olundu


Audiovizual Şura "Space" ümumölkə yerüstü televiziya yayımçısına ciddi xəbərdarlıq edib.

Bu barədə Newscenter.az-a Şuradan məlumat verilib.

Bildirilib ki, iyunun 24-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib. İclasda "Space" televiziya yayımçısının efirində 21 iyun 2022-ci il tarixdə saat 22:30-23:40 arası yayımlanan "Elin sözü" proqramında "Media haqqında" qanunun 14.1.4-cü (irqi, dini, mənşə, cinsi, etnik və digər ayrı-seçkiliyin təbliğ olunması) və 14.1.12-ci maddələrinin (parapsixologiya (ekstrasens, medium və s.), mövhumatçılıq və ya digər xürafələrin təbliğinə yol verilməsi) tələblərinin pozulması faktları müzakirə olunub.

Belə ki, yuxarıda adı çəkilən proqramın yayımı zamanı aparıcı tərəfindən "Biz hindu ağlında olmamalıyıq axı. Bir az inkişaf eləmiş vəziyyətdə olmalıyıq..." ifadəsi işlənib. Hətta bilməyərək və ya xüsusi bir məqsəd olmadan, o cümlədən Azərbaycanda yaşamayan etnik qruplar haqqında işlədilən belə tipli açıqlamalar və ya fikirər etik olmamaqla yanaşı, cəmiyyətimizə xas olmayan ksenofobiyanın yayılmasına və ayrı-ayrı tamaşaçılarda milli və ya irqi üstünlük hisslərinin yaranmasına gətirib çıxara bilər.

Eyni zamanda şübhəli fəaliyyətlə məşğul olan ekstrasens, parapsixoloq və sairə bu kimi şəxslər tərəfindən öz fəaliyyətlərinin təbliğinə televiziya kanalınən efirində imkan yaradılması faktı da Şura tərəfindən qeydə alınıb. Bu da yeni "Media haqqında" qanunun müvafiq müddəasının tələblərinin pozulmasıdır.

Aparılan müzakirələrdən sonra Şura üzvləri "Space" televiziyası yayımçısının efirində ilk dəfə belə halın baş verməsini və qeyd olunan proqramın aparıcısının uzunmüddətli jurnalist fəaliyyətini, bu sahədəki təcrübəsini nəzərə alaraq "Space" televiziyası yayımçısına bir daha belə halın təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiyalar tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq olunması barədə qərar qəbul ediblər.
Xəbəri paylaş