Gələn həftə ərzində Bakıda maksimal temperatur 30-34 dərəcəni keçməyəcək.
Newscenter.az xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, gələn həftə ərzində arabir güclənən şimal küləyinin üstünlüyü gözlənildiyindən hava temperaturunda əhəmiyyətli artım proqnozlaşdırılmır