Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA sədri vətəndaş qəbulu keçirəcək

AQTA sədri vətəndaş qəbulu keçirəcək


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyulun 13-də saat 10:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə, Samux və Kəlbəcər rayonlarından olan vətəndaşları qəbul edəcək.

Newscenter.az xəbər verir ki, bu barədə məlumatı AQTA-nın ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Bildirilib ki, vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə, [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyulun 12-dək qəbula yazıla bilərlər.

Sevinc
Xəbəri paylaş