Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beyləqanda əkin sahələrinin suvarılması üçün 1300 metr kanal beton üzlüyə alınıb

Beyləqanda əkin sahələrinin suvarılması üçün 1300 metr kanal beton üzlüyə alınıb


Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov Newscenter.az-a bildirib ki, Beyləqan Suvarma Sistemləri idarəsi 2 mənbədən, Qarabağ kanalı vasitəsilə Kür çayından, Baş Mil Kanalı vasitəsilə isə Araz çayının suyundan istifadə etməklə rayon ərazisində 50539 hektar torpaq sahəsinin suvarılması ilə məşğul olur. Suvarılmanın daha da yaxşı aparılması üçün idarənin balansında olan 117 ədəd subartezian quyularından istifadə edilir. Rayonda suvarma əsasən öz axımı ilə aparılır. Suvarılmanın daha mütəşəkkil, daha səmərəli və itkisiz olaraq həyata keçirilməsi üçün idarə əsasən torpaq məcralı kanalların beton üzlüyə alınmasına üstünlük verir. Cari ildə 1300 metr uzunluğunda torpaq məcralı kanal beton üzlüyə alınıb.

Beyləqan Suvarma Sistemləri İdarəsi balansında olan torpaq sahələrinin şoranlaşmasının qarşısının alınması, qrunt sularının axıdılması üçün 1330 km-dən uzun kollektor-drenaj şəbəkəsinə xidmət edir. Hazırda texnikalar vasitəsi ilə istər kollektor-drenaj şəbəkələrində, istərsə də suvarma kanallarında lildən təmizləmə işləri davam edir. Bu il 128 km uzunluğunda kollektor-drenaj şəbəkəsi lildən təmizlənib. Bununla da görülən işlər nəticəsində torpaqların münbitləşməsinə şərait yaranıb.

Qeyd edək ki, Beyləqan Suvarma Sistemləri İdarəsi 7360 ha sahəni Qarabağ Kanalı vasitəsilə Kür çayından su götürməklə, 40200 hektardan artıq əkin sahəsini isə Baş Mil Kanalı vasitəsilə Araz çayından su götürməklə suvarır. Hazırda rayon ərazisində əkilən taxıl, pambıq, bostan-tərəvəz və digər kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması davam edir.

Sevinc
Xəbəri paylaş