Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda və Hacıqabulda su kəsiləcək

Bakıda və Hacıqabulda su kəsiləcək


İntensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı azalıb.

Newscenter.az xəbər verir ki, bu barədə "Azərsu" ASC məlumat yayıb.

Məlumatda deyilir ki, bununla əlaqədar Hacıqabul rayonunun Kür-Bakı magistral kəmərindən su alan kəndlərinə, həmçinin Bakının Qaradağ rayonuna, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Sevinc
Xəbəri paylaş