"İki komando briqadasının açılışını Ali Baş Komandan, digər ikisinin açılışını isə Müdafiə naziri həyata keçirib. Bunların hamısı Ermənistanla sərhəddə və rusların müvəqqəti nəzarət etdiyi ərazilərin perimetrinə yaxın ərazilərdə yerləşdirilib. Məqsəd mümkün düşmən təxribtlarına minimal reaksiya müddətini təmin etməkdən ibarətdir. 5-ci komando hissəsinin isə açılışı olmayıb və o, şimal istiqamətində yerləşdirilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. Onun sözlərinə görə, görünən odur ki, vəzifələrindən asılı olaraq bəzi korpuslar bir, bəziləri isə 2 komanda briqadası ilə komplektləşdiriləcək və yaxın perspektivdə bu briqadaların ümumi sayı ən azı 2 dəfə də artırılacaq:
"İrəvanda isə 2 aylıq müxalifət mitinqləri nəticəsiz olaraq qaldığı bir vaxtda bəzi erməni "Napaleon"lar itirilmiş Azərbaycan ərazilərini geri alacaqlarından bəhs edir. Belə getsə yenə səsucaldan təbliğat maşını və Əsgərimizin şillə təpiyi işə düşəcək".
Mehman