Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT təmsilçilərinin Şuşaya səfəri başa çatıb

QHT təmsilçilərinin Şuşaya səfəri başa çatıb


28-29 iyun tarixlərində Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyətinin Şuşa şəhərinə səfəri başa çatıb.

Newscenter.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 200-dək QHT təmsilçisi və bloggerlər iştirak edib.

Səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib. O cümlədən, Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış olublar.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri, Agentliyin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, sözügedən səfər QHT Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağa 10-cu səfəridir. Artıq mütəmadi olaraq, mədəniyyət paytaxtımıza QHT-lərin geniş tərkibdə səfəri təşkil olunur. Bugünədək 500-dən artıq QHT-nin yalnız Şuşaya səfəri təşkil edilib. Səfərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsini vətəndaşlarla işləyən insanlara tanış etmək və eyni zamanda burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bundan əvvəl QHT nümayəndələrinin Ağdamda, Talış kəndində, Xudəfərində olduqlarını bildirib və belə səfərlərin davamlı olacağını diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, səfərin əsas məqsədini vətəndaş institutlarının köməyi ilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Zəfərimiz, Qarabağda quruculuq işləri barədə məlumatları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.

Şuşaya səfər QHT-lərin xoş əhval-ruhiyyəsi ilə yekunlaşıb və onlar ölkə başçısı cənab İlham Əliyevə ölkəmizin əldə etdiyi zəfərə görə təşəkkür ediblər.

Mehman
Xəbəri paylaş