Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ADA Universitetində Diplomatiya Həftəsinin açılışı olub

ADA Universitetində Diplomatiya Həftəsinin açılışı olub


İyulun 7-də Xarici İşlər Nazirliyinin (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda Diplomatiya Həftəsinin açılış mərasimi keçirilib.

Newscenter.az xəbər verir ki, könüllülərin iştirak etdiyi açılış mərasimində ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış ediblər.

Tədbirin ənənəvi xarakter aldığını vurğulayan nazir Ceyhun Bayramov Diplomatiya Həftəsinin artıq üçüncü dəfə keçirildiyini xatırladıb. Tədbirin əsas məqsədi maraqlı gənclər və könüllülərlə birgə proqramların işlənib hazırlanması, ən aktual məsələlər üzrə fikir mübadiləsinin aparılması, dünyada bu və ya digər sahələr üzrə baş verən proseslərə Azərbaycanın mövqeyinin öyrənilməsidir.
Xəbəri paylaş