Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Autizmli uşaqlar və onların ailələri ilə görüş keçirilib-FOTOLAR

Autizmli uşaqlar və onların ailələri ilə görüş keçirilib-FOTOLAR


Azərbaycan Autizm Assosiasiyası İmişli rayonunda autizmli uşaqlar və onların ailələri ilə görüş keçirib.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Jalə Əhmədova da iştirak edib.

Tədbirdən əvvəl Assosiasiyasının sədri Elnur Məmmədli və millət vəkili Jalə Əhmədova İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevlə görüşüb. Görüş zamanı İmişli rayonunda bu istiqamətdə görülən işlər, perspektivdə layihələrin icrası və Reabilitasiya Mərkəzi üçün xüsusi yerin ayrılması məsələləri müzakirə edilib. İcra hakimiyyətinin başçısı Elçin Rzayev təklifləri müsbət qarşılayıb və layihələrin icrasına dəstək olacağını vurğulayıb.

Daha sonra Azərbaycan Autizm Assosiasiyasının mütəxəssisləri autizmli uşaqların mövcud vəziyyətini dəyərləndirərək valideynlərə məsləhətlər veriblər və uşaqların həyatında idman təlimlərinin əhəmiyyəti barədə onları məlumatlandırıblar.

Milli Məcllisin deputatı Jalə Əhmədova sözügedən görüş barədə sosial şəbəkə hesabında etdiyi paylaşımda dəvəti qəbul edib tədbirdə iştirak etmək üçün İmişli şəhərinə gələn və valideynlər arasında autizmlə bağlı maarifləndirmə işləri aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Sosial Xidmətlər Agentliyi idarə heyətinin sədr müavini Pərviz Səfərov və Agentliyin sosial sifarişlər və layihələr departamenitinin mütəxəssisi Ülviyyə Piriyevaya xüsusi minnətdarlığını bildirib.

Həmçinin millət vəkili tədbirin keçirilməsi üçün yaratdığı şəraitə və dəstəyə görə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevə dərin təşəkkürlərini ifadə edib.

Ruhiyyə
Xəbəri paylaş