Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı fotoqraflar beynəlxalq foto müsabiqədə 8 mükafat qazanıblar

Azərbaycanlı fotoqraflar beynəlxalq foto müsabiqədə 8 mükafat qazanıblar


Gilavar Foto Klubun təşkilatı dəstəyi ilə ardıcıl beşinci dəfə keçirilən Azerbaijan Photo Salon 2022 adlı beynəlxalq foto müsabiqəyə yekun vurulub.

Newscenter.az Kluba istinadən xəbər verir ki, foto müsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı foto təşkilatının xüsusi icazələri ilə keçirilib. Müsabiqəyə dünyanın 64 ölkəsindən 382 fotoqraf tərəfindən 5 min 446 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səhayət mövzuları üzrə təqdim olunan fotolar Türkiyə, Kipr və Banqladeşdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, Azerbaijan Photo Salon 2022 adlı beynəlxalq foto müsabiqə Gilavar Foto Klubu tərəfindən beşinci dəfədir həyata keçirilir: “Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaşxılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan fotoqraflar Roman İsmayılov və Elxan Qəniyev qızıl medal, Kərim Abbasov iki fəxri lent, Famil Mahmudbəyli fəxri lent, Teymur Məmmədov, Valeriy Xlızov və Ruslan Hacızadə isə diplom qazanıb. Nəticədə azərbaycanlı fotoqraflar tərəfindən toplam 8 mükafat əldə olunub”.

Sevinc
Xəbəri paylaş