Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı futbolçu "Arsenal"-a keçib

Azərbaycanlı futbolçu "Arsenal"-a keçib


Rusiyanın "SKA-Xabarovsk" komandasının əslən azərbaycanlı futbolçusu Kamran Əliyev "Arsenal"a keçib.

Newscentwr.az-ın məlumatına görə,
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumameylli yarımmüdafiəçi Tula təmsilçisi ilə müqavilə imzalayıb. Transferin detalları açıqlanmayıb.

Qeyd edək ki, Azərbaycan millisində oynamağa namizəd olan Kamran Əliyev "Ximki"nin yetirməsidir. O, son 2 mövsümü "SKA-Xabarovsk"da keçirib. Forvard 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Xəbəri paylaş