Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanlı zəvvarlar böyük Həcc ayinlərinə başlayacaq

Azərbaycanlı zəvvarlar böyük Həcc ayinlərinə başlayacaq


İyulun 8-dən etibarən azərbaycanlı zəvvarlar böyük Həcc ayinlərinə başlayacaq.

Newscenter.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən xəbər verir ki, ayinlər Zöhr azanından Şam azanına qədər davam edəcək. Şam azanından sonra zəvvarlar Müzdələfə çölünə gedirlər və ibadət edirlər. İyulun 8-dən 9-na keçən gecə, yəni Zilhiccə ayının 9-dan 10-na keçən gecə zəvvarlar Ərəfatdan Müzdələfəyə doğru hərəkət edirlər. Zəvvarlar orada ibadət edirlər. Səhər gün çıxan kimi Minaya doğru gedirlər, orada çadır şəhərciyində əşyalarını qoyurlar.

Oradan əqəbəni (böyük şeytanı) daşlamağa gedirlər və əqəbədə 7 daş atırlar. Daha sonra zəvvarlar qurbangaha gedərək qurbanlarını kəsirlər. Sonra çadır şəhərciyinə geri dönən zəvvarlar saçlarını kəsdirməklə böyük Həccin ayinlərini yerinə yetirmiş olurlar, yəni artıq Hacı olurlar. Zilhiccə ayının 11-12-ci günlərində zəvvarlar kiçik, orta, böyük şeytanlara 7 daş atırlar. Ayinləri bitirdikdən, 3 gün çöldə qaldıqdan sonra Məkkədə Həcc təvafını, sonra isə Nisə və ya Vida təvafını həyata keçirməklə Həcc ayinləri bitmiş olur.

Bunu da qeyd edək ki, azərbaycanlı zəvvarların səhhətində heç bir problem yoxdur. Sadəcə hər Həcc ziyarətində bəzi zəvvarlarda müəyyən qədər soyuqdəymə əlamətləri ola bilər. Havanın temperaturu 40 dərəcədir, bu isə bura üçün münasib temperaturdur. Əvvəlki illərdən fərqli olaraq hərdən zəif meh də əsir.

Mehman
Xəbəri paylaş