Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" rəhbərliyi 6 ayın yekunları ilə bağlı hesabat verəcək

"Azəriqaz" rəhbərliyi 6 ayın yekunları ilə bağlı hesabat verəcək


“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 8 iyul saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, həm cari ilin 6 ayı, həm də iyun ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.

Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir. Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Sevinc
Xəbəri paylaş