Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş olacaq

Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında görüş olacaq


Bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüş olacaq.

Newscenter.az-ın məlumatına görə, “Report” TASS-a istinadən xəbər verir ki, nazirlər G-20 ölkələrinin XİN başçılarının İndoneziyada keçiriləcək toplantısı çərçivəsində bir araya gələcəklər.

M.Çavuşoğlu və S.Lavrov regional və beynəlxalq məsələləri müzakirə edəcəklər.

S.Lavrov, həmçinin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşəcək. Onlar regional və beynəlxalq məsələlərə dair danışıqlar aparacaqlar.

Qeyd edək ki, G-20 ölkələrinin XİN başçılarının iclası bu gün başlayacaq və 2 gün davam edəcək.

Xatırladaq ki, G-20 ölkələrinin dövlət və hökumət başçılarının Zirvə toplantısı noyabrın 15-16-da keçiriləcək.
Xəbəri paylaş