Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabirabadda 63 yaşlı qadın intihar edib

Sabirabadda 63 yaşlı qadın intihar edib


Sabirabad rayonunda intihar hadisəsi baş verib.

Newscenter.az xəbər verir ki, “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaratəpə kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1959-cu il təvəllüdlü Tamarova Səbirə Şurin qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş