
Ölkəmizdə insan amilinə hər zaman yüksək dəyər verilmiş və vətəndaşların sosial rifahının yüksəldilməsi Azərbaycan dövlətinin prioritet hədəflərindən olmuşdur. Bu istiqamətdə cənab prezident İlham Əliyevin tapşırıqları əsasında yüzlərlə sərəncamlar imzalanmış, fərmanlar qəbul edilmişdir. Azərbaycan prezidenti, cənab İlham Əliyev hər zaman ölkə vətəndaşlarına xüsusi qayğı ilə yanaşmış, ölkəmizin və əhalinin rifahı üçün gecə-gündüz yorulmadan çalışmışdır.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış oldu. Daha sonra dövlət başçımız Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət etdi:
“Ölkə başçısının qəsəbə sakini ilə səmimi söhbəti etməsi və ümumi vəziyyətlə yaxından maraqlanması cənab prezidentin ölkə vətəndaşına olan diqqətinin bariz göstəricisidir. Bir məqamı xüsusi vurğulamaq lazmıdır ki, hər zaman xalqın yanında olan Azərbaycan prezidenti cənab İlham Əliyev öz ad gününü iş başında, işğaldan azad olunmuş ərazilərimizdə keçirmişdir. Dünyada öz ad gününü xalq ilə keçirən ikinci belə dövlət rəhbəri yoxdur.
Bu gün Azərbaycanda sarsılmaz və güclü xalq-iqtidar birliyi mövcuddur. Azərbaycanın sürətli inkşafının əsası olan xalq-iqtidar birliyi qələbələrimizin və xoşbəxt gələcəyimizin təminatıdır.”
Ruhiyyə











































