Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazilərimizdən öz məqsədləri üçün manipulyasiya edənlər

Qazilərimizdən öz məqsədləri üçün manipulyasiya edənlər


Son günlər qazilərimiə və onların haqqları üçün mübarizə aparan şəxslərə qarşı sanki bir cəbhə açılıb. Yerindən duran, özünü həyatda təsdiq edə bilməyən, özünü "yazı-pozu" adamı, nə bilim "ictimai-siyasi fəal" kimi təqdim etməyə çalışan şəxsiyyətsizlər cəmiyyətdə bir çaşqınlıq yaratmağa və istiqaməti dəyişməyə çalışır. 44 günlük vətən müharibəsində xalqımızın nümunəvi birliyinin, milli məsələlərdə xalq və iqtidar yekdilliyi anti Azərbaycan qüvvələrini rahat buraxmır. Beynəlxalq siyasi vəziyyətin gərginləşdiyi və Ermənistanın yeni müharibəyə təhrik edildiyi bir vaxtda daxilimizdə belə qüvvələrin fəallaşması narahatedici vəziyyət yaradır və təbii ki, məqsəd milli mısələlərdə xalq vəhdəti pozmaqdır.

Hamı və hər kəs üçün olduqca həssas mövzu olan qazilərimizdən öz məqsədləri üçün manipulyasiya edənlər elə bir istiqamətdə xalqımıza qarşı dava açıblar ki, bu məsələ də ancaq uduzan xalqımız və dövlətimiz ola bilər. Heç kəs inkar edə bilməz ki, qazilərimizlə, vetetanlarla və şəhid ailələri ilə bağlı məsələlərin həlli gecikdirilir, onlara laqeyd münasibət var və xüsusən də bəzi dövlət orqanlarında. Bu laqeydliyi dəfələrlə öz nümunəmdə və döyüş yoldaşlarımın nümunəsində görmüşəm. Hətta adi vətəndaş kimi xidmət normal aparıldığı zaman, qaziliyimizi biləndə üzləri dönənləri də görmüşük. Həqiqətən problemlərimiz çoxdu, veteran, qazi və şəhid ailələri ilə bağlı məsələlər kökündən, kompleks və sistemli şəkildə qanunvericilik bazası əsasında həll edilməlidir.

Ancaq haqq üçün dövlətimiz də bu məsələdə veteranın, qazinin, şəhid ailələrinin yanındadır təəssüf ki, bəzi rüşvətxor, bacarıqsız "biznesmen məmurlar" dövlətin və cənab prezidentin onlara həvalə etdiyi vəzifələrin öhdəsindən gələ bilmir, bəziləri də məqsədli vəzifələrini icra etmirlər. Deməliyik ki, belə yararsız məmurlara qarşı mübarizə aparan, qazilərimizin hüquqlarını müdafiə edən, onlar üçün çarpışan şəxslər və deputatlarımız da var. Təəssüf ki, belə yaramaz məmurların sifarişi ilə mübariz insanlara qarayaxma kompaniyası həyata keçirilir. MCP sədri, Milli Məclisin deputatı Razi Nurullayev ən çox belə xəyanətkar hücumlara, təhqirlərə məruz qalanların bəlkə də birincisidir.

Ancaq sevindirici və rastlaşdırıcı məqam odur ki, xalqımız qədirbilən və etibarlıdır, Razi bəy kimi xalqını sevən, dövlətçiliyimizə sadiq bir şəxsi ləkələməyə imkan verən deyil. Sadəcə düşmənin, dəxli yoxdu daxili və xarici düşmənin yatmadığını və bütün mümkün üsullardan istifadə etdiyini unutmamalıyıq.

Vüqar Dadaşov
Qarabağ qazisi
Xəbəri paylaş