2022-ci ilin 6 ayı ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 5408 yol nişanları, 9 073 siqnal dirəkləri, 446 pm əyrixətli tirlər quraşdırılıb və bərpa edilib, 876 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.
Newscenter.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, 2022-ci ilin 6 ayı ərzində Bakı şəhərində və Respublikanın ümumi istifadədə olan avtomobil yollarında yol qurğu və elementlərinə ziyan dəyməsi ilə nəticələnə 278 yol-nəqliyyat hadisəsi baş verib. Bunun nəticəsində 3 906 pm əyrixətli tirlər, 30 ədə beton bardür, 101 pm mühafizə çəpərləri, 10 işıq dirəyi, 13 ədəd yol nişanı, 4 ədəd məlumat lövhəsi, 5 ədəd səsboğucu lövhə, 32 pm körpü məhəccəri yararsız hala düşüb.
Ümumilikdə yol təsərrüfatına 345.08 min manat məbləğində maddi ziyan dəyib, bundan 218.1 min manatı (6323 %) ödənilib. Dəymiş ziyanın qalan hissəsinin ödənilməsi məqsədilə müvafiq sığorta şirkətlərinə müraciət olunub, 3 yol nəqliyyat hadisəsi ilə bağlı məhkəmələrə müraciət edilib, 30 yol nəqliyyat hadisəsində səbəbkar məlum olmadığı üçün, Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub.
Sevinc