2022-ci ilin 6 ayı ərzində 158.9 km uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub.
Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bura 90,5 km yerli əhəmiyyətli, 68.4 km ilə Bakı şəhəri yolları daxildir.
Hesabat dövründə Goranboy (16 km), Abşeron (3.8 km), Ağstafa (6 km), Saatlı (3 km), Yevlax (5.5 km), Bərdə (8 km), Beyləqan (8 km) və Qazax (19 km) rayonları ərazisində icra edilən 90.5 km uzunluğa malik kəndlərarası avtomobil yolu layihələri başa çatdırılıb.
Bakı şəhərində ümumi uzunluğu 68.4 km uzunluğu olan şəhər və qəsəbədaxili küçə və yolları yenidən qurulub və təmir olunub.
Bakı şəhərinin küçə və yollarında 324.2 min m2 sahədə asfalt-beton örtükdə cari təmir işləri yerinə yetirilib.
Respublikamızın ümumi istifadədə olan avtomobil yollarında 3 körpü təmir edilib, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9 km-də yeni yerüstü piyada keçidinin tikintisi başa çatdırılıb.
Sevinc