Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir azərbaycanlı Ukraynada döyüşlərdə həlak olub-FOTO

Daha bir azərbaycanlı Ukraynada döyüşlərdə həlak olub-FOTO


Rusiya ilə müharibədə əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov şəhid olub.

Newscenter.az-ın məlumatına görə “Report” xəbər verir ki, məlumatı onun feysbuk səhifəsində dostları paylaşıb.

Məlumata görə, 35 yaşlı azərbaycanlı Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. Ötən gün o, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.

Bildirilib ki, K.Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb.

Dostları onunla bağlı rəylərində belə yazıb: “Təəssüf, Ukrayna əsl müdafiəçisini itirdi. Sən mübariz, dürüst və örnək idin”.

İyulun 26-da K.Qulamovun 35 yaşı tamam olacaqdı.

Xəbəri paylaş