"Ölkəmizdə media sahəsində çalışan jurnalistlərin bilik və bacarıqlarının daha da artırılması istiqamətində konkret hədəflər müəyyən olunub. Hazırda data jurnalistikasının inkişaf etdirilməsi ilə bağlı bir sıra planlarımız var.
Newscenter.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, bu sahənin inkişafı ilə bağlı xaricdən ekspertlərin cəlb edilməsi nəzərdə tutulub:
"Burada əsas məqsəd Azərbaycanda data jurnalistikasının təşviqi jurnalistlərin bilik və bacarıqlarının inkişaf etdirmək və datanın cəmiyyətdə kommunikasiyasına dəstək verməkdir".