"Qarabağ"ın UEFA Avropa Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
"Report"un məlumatına görə, "köhlən atlar" II təsnifat mərhələsində İsveçrə "Sürix"inə uduzacağı təqdirdə, "Linfild" (Şimali İrlandiya) - "Budyo Qlimt" (Norveç) cütünün məğlub komandası ilə üz-üzə gələcək.
"Qarabağ" ilk oyununu avqustun 4-də səfərdə, cavab görüşünü avqustun 11-də evdə keçirəcək.