"Azərbaycan Avropa ilə münasibətlərini dərinləşdiməklə bərabər Ermənistanı birgə Bəyanatın şərtlərini yerinə yetirməyənə qədər dalanda saxlayaraq sıxıb "suyunu" çıxaracaq. Buna kimsənin, hətta Rusiyanın mane olmaq şansı yoxdur".
Newscenter.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığına qarşı Kremlin üzmək niyyəti yoxdur. Xüsusilə də Rusiyanın indiki bərbad vəziyyətində. Rusiyanın Türkiyəyə qarşı Suriya və PKK/PYD məsələsində belə güzəştə gedəcəyi gün məsələsidir:
"Buna görə də Rusiya Bakının İrəvana qarşı haqlı tələblərinə ən yaxşı halda göz yuma bilər, amma Kremlin "dövlət ağılı" işləyərsə, Bakını dəstəkləyə də bilər. Kremlə "can üstə" olan Ermənistandansa, Azərbaycan daha faydalıdır. Bunu Rusiya rəsmilərinin 30 illik ayaq basmadığı Şuşaya səfir M.Boçarnikovun da səfəri təsdiqləyir. Hazırda rəsmi Bakının əzələ nümayişi ilə müşahidə edilən sərt bəyanatları, Qarabağda və Zəngəzurda baş verən proseslər, o cümlədən Azərbaycan əhalisinin Zəngilana qayıdışı və s. göstərir ki, ümumi vəziyyət Ermənistanın tamamilə əleyhinə olaraq inkişaf edir".
Ədalət Verdiyev qeyd edib ki, hazırda Azərbaycanla münasibətlərdə Ermənistan üçün müsbət heç nə mövcud deyil:
"İrəvan Bakı ilə bağlı məsələlərdə ortalıqda tək qalıb. Gözlənildiyi kimi məğlub ölkədə vəziyyət artıq pisdir, amma bu son deyil. İrəvan birgə Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yaxın gələcəkdə yerinə yetirməzsə, Ermənistanın vəziyyət daha da pis olacaq".
Mehman