Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tibbi sığorta ilə müayinəyə gedən xəstədən 120 manat alınıb

Tibbi sığorta ilə müayinəyə gedən xəstədən 120 manat alınıb


Mərdəkanda yerləşən 26 saylı poliklinikanın qastrentoloqu Gülnar Ağayeva tibbi sığorta ilə müayinəyə gələn və mədəsi deşilən 85 yaşlı pasiyentdən 120 manat əlavə ödəniş alıb.

Newscenter.az xəbər verir ki, bu barədə xəbəri xəstənin yaxınları sosial şəbəkədə paylaşıb. Bildirilib ki, həkim aldığı ödənişin qəbzini isə 3 gündür xəstəyə verməkdən yayınır:

"Həkim qəbzi yaşlı xəstənin özünün yenidən mikrorayondan Mərdəkana gətirilməsi zamanı verə biləcəyini deyir. Məsələ barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə məlumat vermişəm.
İnanıram ki, bu ilk fakt ola bilməz və bunlar TƏBİB və hüquq mühafizə orqanları tərəfindən tam həcmdə araşdırılacaq".

P.S.Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Mehman
Xəbəri paylaş