Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan manatı növbəti dəfə sərt devalvasiyasa məruz qalacaq-İQTİSADÇI

Azərbaycan manatı növbəti dəfə sərt devalvasiyasa məruz qalacaq-İQTİSADÇI


Iqtisadiyyat naziri Mikayıl Cabbarovun böhrana hazır olmalıyıq açıqlaması qarşıdan gələn böhranın məsuliyyətini indidən qlobal proseslərin üzərinə qoymaq cəhdidir. Təəssüf ki, 30 il ərzində Azərbaycanda dayanıqlı ola biləcək milli iqtisadiyyat qurulmadı, bazar iqtisadiyyatına keçid sonadək başa çatdırılmadı.

Əvvala onu qeyd edim ki, Azərbaycana böhran qlobal böhrandan öncə gələcək. Bu dəfə də gözlənilən böhranı neftin dünya bazar qiymətinin ucuzlaşması gətirəcək. Belə ki, son 5 ayda dünya bazarında neft qiymətləri 25 faiz ucuzlaşıb və hazırda bu tendensiya davamlı xarakter alıb.

Bu dəfə neftin qiymətinin ucuzlaşması ilə gələn böhran daha ağır, çoxtərəfli və uzunmüddətli olacaq və Azərbaycan manatı növbəti dəfə sərt devalvasiyasa məruz qalacaq. Belə ki, bu dəfə neft gəlirlərinin azalmasını yalnız dünya bazar qiymətlərinin ucuzlaşması deyil, həmçinin neft hasilatının azalması (2022-ci ilin 1-ci yarısında orta gündəlik neft hasilatı 424 min barel təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,41 faiz azalma deməkdir) və hasilat (AÇĞ-də əməliyyat xərci son 6 ildə 1 milyon barrel üçün 80 min dollar və ya 36,7 faiz artıb), nəql xərclərinin artması da şərtləndirəcək. Məlumat üçün qeyd edim ki, 2009 və 2010-cu illərin hər birində AÇG yatağından 2022-ci ilin gözlənilən göstəricisindən 2,2 dəfə çox neft hasil olunub. Bu ilin 6 ayında Azərbaycanın neft gəlirlərinin 2 dəfə, qaz gəlirlərinin 4,5 dəfə artımı dünya bazarında qiymətlərin hədsiz yüksək olmasından qaynaqlanıb.

Bundan əlavə 2022-ci il üçün dövlət büdcəsinin qeyri-neft gəlirləri 13660,3 mln. manat məbləğində gözlənilir ki, bu da cari xərclərin 67,47 faizini örtə bilər. Beləliklə də postdevalvasiya dövrünün ən yüksək inflyasiyasının təsiri ilə həm dövətin cari və investisiya xərclərinin həm də əhalinin istehlak məsrəflərinin artması dövlətlə yanaşı ailə büdcəsinin də kəsirini çoxaltmaqla böhranın sosial təsirlərinin daha da gücləndirəcək.

Çıxış yolu təxirəsalınmaz tədbirləri əhatə edən anti-böhran proqramının hazırlanması və onun icrasındadır. Hökümət bu proqramı da Yol Xəritələri, 2022-2026-cı ilin sosial-iqtisadi strategiyası kimi mənasız sənədə çevirərsə onda 2023-cü ili dərin böhran ili ola bilər.

Qubad İbaoğlu-iqtisadçı
Xəbəri paylaş