Bəşəriyyət inkişaf etdikcə mənəvi dəyərlərin aşınması, məsələlərə baxış bucağının dəyişməsi obyektiv həqiqəti "söz yığını” ilə düzəltməyə cəhd edilməsi və.s bu kimi proseslərin genişlənməsi hər kəsə məlumdur. Bu qəbildən olan hallardan biri də söyüşlə danışmaq, qarşı tərəfi söyüşlə susdurmağa çalışmaq, hətta söyüşü söz azadlığı kimi qələmə verməyə çalışan insanların hərəkəti hər bir tərbiyyəli adamda ikrah hissi doğurmaya bilməz. Çünki, söyüş söz azadlığı deyil, tərbiyəsiz insanın istifadə etdiyi bir leksik vasitədir.
Tərbiyəli insanın leksikomunda söyüşə yer ola bilməz. Çünki, tərbiyəli insan yaxşı bilir ki, söyüş "bumeranq effekti” nə malikdir. Yəni söyüşün vanlandığın şəxs həmin söyüşü olduğu kimi, əksər hallarda isə daha şiddətli və ədəbsiz formada sənə qaytarır. Söyüş söyən insan qarşı tərəfin səni mütləq şəkildə söyəcəyini bildiyi halda bu addımı atır. Yəni söyülmək istəməyən heç kimi söyməməlidir. Mənəvi aspektdən yanaşsaq yuxarıda qeyd etdiyim kimi, söyüş tərbiyəsizliyin, ədəbsizliyin, şərəfsizliyin və mənəviyyatsızlığın daşıyıcısı kimi söyənin özünün ifadə formasıdır. Hüquqi baxımdan söyüş qarşı tərəfin şərəf və ləyaqətinin alçaldılmasıdır ki, buna görə də mülki, inzibati və cinayət məsuliyyəti mövcuddur. Ali təhsilli, özünü ziyalı hesab edən, habelə cəmiyyətdə kifayyət qədər tanınmış şəxslərin söyüşlə danışması insanlarımızı xüsusilə əsəbləşdirir. Hər şeydən əvvəl bu həmin insanları qeyd etdiyim kimi ailədən qaynaqlanan "genetik tərbiyəsizliyi” ilə bağlıdır.
Bu yerdə Napoleon Bonapartın məşhur deyimi yadıma düşdü: "Bəşəriyyət heç də pis insanların çox olmasına görə deyil, yaxşıların susmasına görə bu vəziyyətdədir”.
Əli İbrahimov-hüquqşünas