II Qarabağ savaşında Azərbaycanın Ermənistan üzərində parlaq qələbə qazanaraq öz torpaqlarını işğaldan azad etməsi nədənsə cənub qonşumuz İranı hərkəsdən daha çox narahat edir. Ona görə də həm II Qarabağ savaşı zamanı, həm də ondan sonrakı mərhələdə İran tərəfi əlindən gələn bütün yardımları Ermənistan üçün etməkdədir. Hətta dəfələrlə İran məxsus yük maşınları Azərbaycandan icazə alınmadan Laçın dəhlizindən keçərək qondarma rejimin hələ də məskunlaşdığı Azərbaycanın Xankəndi şəhərinə yüklərin daşınmasını həyata keçirməkdədir.
Təbii ki, Azərbaycan tərəfi öz sərhədlərinin təhlükəsizliyinin təmin olunması və daşınan qanunsuz yüklərin qarşısını almaq məqsədi ilə öz ərazisindən keçən Gorus-Qafan yolunda polis və gömrük postları quraraq keçən nəqliyyat vastələrinin və daşınan yüklərin baxışını həyata keçirməyə başladı ki, bu da Rusiya və Ermənistandandan çox İranı barahat etməyə başladı.
İranın narahatlığı o yerə çatdı ki, son ay yarımda İranın Azərbaycandakı səfiri Seyid Abbasəli Musəvi iki dəfə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev və bir dəfə baş nazirin müavini Şahin Mustafayevlə göreşdü. İran tərəfi hətta bununla da kifayətlənmədi. İranın ali dini lideri Seyid Əli Xomeyinin Ərdəbil üzrə nümayəndəsi və Ərdəbilin imamcüməsi Seyid Həsən Amuli ənənəvi olaraq yenidən hədə və şantaj kampaniyasını davam etdirərək Azərbaycana qarşı sərsəm fikirlər səsləndirməkdədir. İran tərəfi Azərbaycanın atdığı addıma görə hirsi soyumadı və bu dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin paralelində Aslandüzdən başlayaraq İran Culfasına qədər geniş ərazidə hərbi təlimlər göstərməyə başladı. Şübhəsiz ki, hər kəs tərəfindən məlum idi ki, keçrilən bu təlimlərin məqsədi Azərbaycana əzələ nümayiş etdirməkdən ibarət idi. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Anadolu" agentliyinə müsahibə verərkən son zamanlar İranın atdığı addımlara toxunaraq İranı fakt qarşısında qoymaqla yanaşı həm də suallar qarşısında qoyaraq bildirdi ki, “Ancaq eyni zamanda bunu zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdı. Nə üçün məhz indi? Nə üçün bizim sərhədimizdə? Bu sualları mən yox, Azərbaycan cəmiyyəti verir. Bu sualı dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilər Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlimlər keçirilmirdi? Nə üçün biz bu torpaqları azad edəndən sonra, 30 illik əsarətə və işğala son qoyandan sonra bu keçirilir? Bu suallar legitim suallardır".
Ölkə başçısı bu müsahibə zamanı regionla bağlı Azərbaycanın istəklərini dilə gətirərk bildirdi ki, "Əlbəttə, biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa xələl gətirəcək heç bir hal olmasın. Bir də demək istəyirəm ki, Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır və təmkinlə aparır. Ümid edirik ki, bizim legitim addımlarımıza emosional reaksiya yəqin ki, müvəqqəti xarakter daşıyır”. Azərbaycan tərəfi dəfələrlə dostluq və mehriban qonşuluq prinsiplərinə sadiqlik nümayiş etdirsə də, İrandakı bəzi dairələrin əsas məqsədi iki dövlət arasında münasibətləri düşmənçilik səviyyəsinə çatdırmaqdır.
Hesab edirəm ki, ölkə başçısı cənab İlham Əliyevin həm sualları, həm də fikirləri kifayət qədər aydın idi. Artıq İran fakt qarşısındadır və Azərbaycan Respublikasının prezidentinin verdiyi suallara cavab verməyə borcludur.
Müharibənin başlamasında iki il keçməsinə baxmayaraq hələ də bölgədə suaların durulmasına imkan verməyən qüvvələrin olduğunu demək mümkündür. Əlbəttə Rusiyanın Ukraynada apardığı işğalçılıq müharibəsi, İran daxilində baş verən etiraz aksiyaları Azərbaycanın regionla bağlı ümidlərini və istəklərini möhkəmləndirir, amma son nəticədə Ermənistanın mütəmadi şəkildə sərhəd təxribatları və bunun fonunda 4 Brüssel görüşü və 3 Rusiya görüşünün nəticələrini sıfıra bərabər edir.
Baxmayaraq ki, Azərbaycan tərəfi sülh danışıqları üçün Ermənistana 5 maddəlik şərt irəli sürüb. Bu şərtlər təkcə Azərbaycanın deyil, eyni zamanda Ermənistanın da maraqlarına cavab verir. Bununla belə, həm Ermənistan daxilindəki qüvvələr, həm də kənar qüvvələrin "cəhdi"nəticəsində sülhün əldə edilməsi prosesi ləngiyir. Bu isə Ermənistan və onun gələcəyi üçün yaxşı nəsə vəd etmir.
Samir Hümbətov-Samir Hümbətov-Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri