Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Rusiya bazasının mövcudluğundan narahat deyil

Ermənistan Rusiya bazasının mövcudluğundan narahat deyil



Rusiya Federasiyasında xaricdə həbs olunmuş rusları qorumaq üçün ölkə silahlı qüvvələrindən istifadəyə icazə verən qanun qəbul edilməsinə baxmayaraq, Ermənistan hakimiyyətinin ölkədə 102-ci Rusiya hərbi bazasının olması ilə bağlı narahatlığına heç bir əsas yoxdur.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, şəxsi olaraq onun da Rusiya bazaları ilə bağlı heç bir narahatlığı mövcud deyil:


“Çünki 102-ci Hərbi Baza, Rusiya Federasiyasında qüvvədə olan qanunlardan asılı olmayaraq, Ermənistan qanunvericiliyi və səlahiyyətləri çərçivəsində fəaliyyət göstərməlidir. Heç bir narahatçılıq ola bilməz”.

Qeyd edək ki, mayın 13-də keçirilən plenar iclasda Rusiya Dövlət Dumasının deputatları ölkə vətəndaşlarının həbsi, cinayət təqibi və ya xarici məhkəmələrdə digər təqiblər halında onların müdafiəsi üçün Rusiya ordusundan istifadəyə icazə verən hökumət qanun layihəsini ikinci və üçüncü oxunuşlarda qəbul ediblər. Sənəd Rusiya prezidenti tərəfindən imzalanarsa, qanun dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.

Arzu
Xəbəri paylaş