Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, Türkiyənin hansısa mövqeyini həzm edə bilməyən xarici düşmənlərin işidir

Bu, Türkiyənin hansısa mövqeyini həzm edə bilməyən xarici düşmənlərin işidir


İstanbul terroru Türkiyənin hansısa mövqeyini həzm edə bilməyən xarici düşmənlərin işidir və analiz edilməlidir ki, son vaxtlarda Türkiyənin kim, hansı xarici siyasi addımlarını həzm edə bilməzdi. Hər halda, ilk növbədə, bütün ölkə üzrə güclü, qabaqlayıcı və nəzarət, tədbirlıri görülməlidir. Ola bilsin, bu terror silsilə xarakterli olub davam etsin, 2014-dəki kimi.

Newscenter.az xəbər bu fikirləri İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay səsləndirib. O bildirib ki, belə, namərd və cılız teraktlarla Türkiyə-türk düşmənləri, böyük, güclü və arxalı Türkiyəni qətiyyən sarsıda bilməz:

"Bu dövlət, bundan daha ağır zərbələri geri döndərib qırıb atmış. Bütün Türk dünyası, Türkiyənin müttəfiqləri, yaxın dostları onun yanındadır. Keçmiş olsun".

İlqar Altay daha sonra qeyd edib:

"Hadisə barədə ümumən və ilkin nə söyləmək olar? Partlayış qapalı yerdə, tikili, bina, kafedə olmayıb, demək, qaz partlayışı deyil. İnsanlar və turistlər çox olan yerdə baş verib, həm də İstanbulda, mərkəzi meydanda, turistlərin də sıx olduğu yerdə. Görünür ki, terror-təxribat aktıdır bu, Türkiyənin həm prestijinə yönələn, həm də bir siyasi xəbərdarlıq mənası daşıyan".

Anar
Xəbəri paylaş