Bu gün Türkiyənin İstanbul şəhərində törədilən terror aksiyası yenidən terrorizmin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olduğunu bir daha gündəmə gətirib. Terrordan dərhal sonra ASALA-nın İstanbul terrorunu öz üzərinə götürməsi yenidən diqqətləri erməni terror təşkilatlarına yönəldib. Bu arada İranın maliyyələşdirdiyi Hizbullah terror təşkilatının da əslində bir erməni terror quruplaşması olması barədə fikirlər söslənir.
Newscenter.az-ın xəbərinə görə, araşdırmaçı jurnalist, docent Zaur Əliyevin sözlərinə görə, İranda İslam inqilabı adı altında hakimiyyətə gələn Xomeyni və onun tərəfdarlarının Türk dünyasına, İsrailə, Amerikaya qarşı terror planlarını icra etməsi üçün yaratdığı terror təşkilatı Hizbullah barədə çox yazıblar:
"Azərbaycanda çox təəssüf ki, bu terror təşkilatına güvənən xain qüvvələr bu təşkilatın yaradılmasında erməni terrorunun da böyük dəstəyi olduğunu da bilmirlər. Hizbullah İranda İslam inqilabının qələbəsindən ruhlanaraq 1982-ci ildə Livanın cənub hissəsini işğal etməkdə olan İsrail qüvvələrinin həmin ərazilərdən çıxarılması məqsədilə yaradılmışdır. Partiyanın hazırkı rəhbəri Seyid Həsən Nəsrullahdır. Bu şəxsə sevgi bəsləyən insanlar onun əsl kimliyini bilmirlər. Qeyd edim ki, Hizbullah lideri Şeyx Həsən Nəsrullah erməni mühitində, erməni məhəlləsində böyüyüb. Ətrafı ermənilər olub və Qumda təhsil almaq üçün getdiyində onun maliyyəsini ermənilər çəkiblər. Qumda iran kəşfiyyatının təsirinə düşüb xüsusi hərbi hazırlıq keçən Nəsrullah Asala terrorçularının sevimli tələbəsi olub. Ermənilərin himayəsində böyüyən bu şəxs onları özünün mənəvi atası hesab edibdir".
Zaur Əliyev qeyd edib ki. buna görə də televiziya və mətbuatda çıxış edən, Livanın və İranın daxili siyasi problemlərindən danışan Nəsrullah hər zaman ermənilərin hər iki ölkənin ictimai həyatındakı rolunu yüksək qiymətləndirib:
"Erməni partiyaları vaxtaşırı Hizbullah rəhbərliyi ilə görüşür, erməni gənclər təşkilatları Hzibullah düşərgələrində təlimlər keçirlər.Erməni Apostol Kilsəsinin (AAC) Livan yeparxiyası yepiskopu Keqam Hatçeryan dəfələrlə Hizbullahı erməni xalqının dostu və xilaskarı adlandırıb. “Hizbullah”, Beka vadisində və Baalbek şəhərində hava limanı yaxınlığında yerləşən səhra düşərgələrində (yeri gəlmişkən, Baalbek hazırda hərbi əməliyyatların mərkəzi olan Livanın cənubunda yerləşir) ASALA silahlıları üçün təlimlər təşkil edir. Beyrutda keçirilən təlimlərə Livan, Suriya, İran, Türkiyədən ermənilər cəlb olunub, burada silahlılar hərbi-psixoloji təlim keçirlər".
Zaur Əliyev bildirib ki, 1990-cı illərin əvvəllərində, Qarabağ müharibəsinin qızğın vaxtında Hizbullah təlimlərində iştirak edən erməni terrorçuları Hizbullah təlimatçılarının hazırladığı silahlıların əli ilə neçə neçə azərbaycanlı qətl edildi, yaşayış məntəqələrimiz bu müsəlman təşkilatının üzvləri və yetirmələri tərəfindən işğal edildi:
"Məhz ermənilərlə yanaşı Hizbullah üzvü olan müsəlmanların da Qarabağa gəlib Ermənistan tərəfindən döyülməsinin əmrini də Həsən Nəsrullah veribdir. Məhz Hizbullah və onun yaradıcısı olan İran İslam dövləti Ermənistanın xilaskar ölkəsi kimi çıxış edib onlara yardım etməsələr idi və bu yardım olmasaydı, Ermənistan uzun müddət Azərbaycan və Türkiyənin iqtisadi blokadasının öhdəsindən gələ bilməyəcək və Dağlıq Qarabağ üzrə danışıqlar prosesində ciddi güzəştlərə gedəcəkdi. Niyə bu adam haqqında yazdım. İlk olaraq Azərbaycanda bu təşkilata rəğbət bəsləyən xainlər görsünlər ki, onların inandığı şəxs terrorçudur və ermənilər onu yetişdirib. İkinci Azərbaycanda Hizbullah şiə təşkilatı deyənlər görsünlər ki, bu terrorçu qrup əslində ermənilərə xidmət edən təşkilatdır və üçüncüsü bu gün İstanbulda terror aksiyasının arxasında Asala ilə yanaşı bu təşkilatın da olması ehtimalını edirəm".
Anar