Fransa Senatının bu cür qətnamə qəbul etməsi təəccüblü olmamalıdır. Bunu Türkiyə, Pakistan, İsrail tərəfi qəbul etsə, onda şok olmalıyıq. Qərbi Avropada ermənilərə ən çox ev sahibliyi edən ölkə Fransadır.
Newscenter.az xəbər verir ki, bu fikirləri konfliktoloq Elman Vəliyev səsləndirib. O bildirib ki, Fransanın dövlət idarələrində, həmçinin senatda da əksəriyyət ya erməni, ya da erməni kökənlidir:
"Bunu araşdırsanız, bu fikrimin şahidi ola bilərsiniz. Türkiyənin şərq və cənub-şərq bölgəsindən, Azərbaycanın qərbindən, İraqın, İranın şimalından, Suriyanın şimal-şərqindən alınmış torpaqlar hesabına "Böyük Ermənistan" dövləti qurmaq planını dəstəkləyən dövlətlərin ən başında gələnlərdən biri Fransadır. Baxın demədim tək Fransadır. Planı dəstəkləyənlərdən biri dedim. Sadaladığım bölgənin əksəriyyətində kürdlər yaşayır. Kürdlərə vədlər verərək onları təhrik edirlər. Bu əraziləri parçalayıb sonra başa erməniləri keçirməyə çalışırlar. Erməniləri Türkiyə, Azərbaycan, İran arasına niyə yığdılar? Əlbəttə ki, təsadüfi şəkildə olmadı. Öz məqsədlərini ermənilər vasitəsilə həyata keçirməyə çalışırlar. Fransanın hazırkı prezidenti kimdir? Bəli, Makron. Makron kimdir? Rotşildlərin bank işçisdir. Sionistlər bir yandan Azərbaycana dəstək versə də, digər tərəfdən erməniləri dəstəkləyir. Əlbəttə ki, bunu başqalarını istifadə edərək edirlər".
Elman Vəliyev onu da qeyd edib ki, bunlardan əlavə xaricdə güclü erməni lobbisi vardır. Çox varlı erməni ailələri böyük nüfuza, təsirə malikdir:
"Rahatlıqla Azərbaycan əleyhinə qərarlar verilməsinə təkidlik göstərə bilirlər. Bu belə də gedəcək. Ermənilərin dəstəyi xaricdə daha da çoxalacaq. Bunu bir düz xətt kimi təsəvvür edin. Azərbaycan bunu silməkdənsə, daha uzun bir xətt çəkməlidir. Bu öz xətti olmalıdır. Avropada Azərbaycan təbliğatını birə beş artırmalıdır. Azərbaycan diasporasının son illərdə böyük nailiyyətləri olmayıb. Bu problemi aradan qaldırmalıdır. Avropa ilə əməkdaşlıq sıx olmalıdır. Əgər Fransa bu gün çıxıb bunu deyirsə, bizim diasporamız da xaricdə Fransanın Əlcəzairda, Ruanda da, Tunisdə və digər Afrika ölkələrində etdikləri vəhşilikləri nümayiş etdirməlidir. Xaricdəki erməni ailələri öz xalqını fikirləşdiyi halda, bizimkilər öz cibini düşünür. Bu iki nüansı müqayisə etdikdə fərqləri açıq görürük!".
Anar Əliyev