Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına töhfəsini verəcək

Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına töhfəsini verəcək


Prezident İlham Əliyevin Albaniyada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda önəmli məsələlərə toxundu...

Ölkə başçısı bildirdi ki, Azərbaycan və Albaniya arasında konstruktiv siyasi dialoq mövcuddur. Bildiyimiz kimi həm Azərbaycan, həm də Albaniya beynəlxalq təşkilatlarda uğurla iştirak edirlər. Bu da iki ölkə arasında olan əlaqələri daha da gücləndirir. Eyni zamanda Albaniya həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və bu dəstək həmişə qarşılıqlı olub.

Bildiyimiz kimi İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan öz əzəli torpaqlarını işğalçılardan azad etdi və beynəlxalq hüququ bərpa etdi. Qarabağ məsələsinə xüsusi diqqətlə yanaşan Prezident bildirdi ki, ermənilərin orada törətdikləri dağıntılar faktiki olaraq o torpaqları tamamilə cansız edib. Həmçinin ölkə başçısı dedi ki, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıdıb və bu torpaqlara həyat qayıdır.

Məlumdur ki, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının bir çox toplantılarında Albaniya nümayəndələri həmişə çox fəal iştirak ediblər. Bütün bunlarla yanaşı Azərbaycan Albaniyada qaz təsərrüfatının inkişafına da öz töhfəsini verəcək.

Könül İsmayılova-Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şurasının və İdarə Heyətinin üzvü
Xəbəri paylaş